Gürcüstana yarışa gedən idmançımız faciəvi şəkildə öldü

64303153d1741a5c44f8b8ef08150ff5.jpgTbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü Kərimov Yusif Arif oğlunu (23.03.1984) (52 kq) bir az əvvəl maşın vurub.

Modern.az xəbər verir ki, idmancımız zərbənin təsirindən hadisə yerində dunyasını dəyişib. Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub.

Hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumatı təsdiqləyib.

Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir