MEDİA və Mətbuat Şurası “Report”un əməkdaşının vəfatı ilə bağlı başsağlığı veriblər

Səbuhi Məmmədov


Azərbaycan Mətbuat Şurası “Report” İnformasiya Agentliyinin əməkdaşı Səbuhi Məmmədovun faciəvi şəkildə vəfatı ilə bağlı başsağlığı verib.

araztv.com  xəbər verir ki, başsağlığında deyilir:

“Report” İnformasiya Agentliyinin əməkdaşı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Mərhumun ailə üzvlərinə, doğmalarına, əzizlərinə, çalışdığı media orqanının kollektivinə dərin hüznlə başsağlığı veririk.

Gənc həmkarımızın vaxtsız vəfatı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini kədərləndirdi. 2000-ci ildə dünyaya gəlmiş S.Məmmədovun 2020-ci ildə 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirakı və buna görə ali dövlət təltifinə layiq görülməsi, onun həm də vətənpərvər obrazını canlandırmaqdadır. Belə bir nümunəvi gəncin həyatla erkən vidalaşması üzücüdür.

Bir daha “Report” İnformasiya Agentliyinin əməkdaşı Səbuhi Məmmədovun vəfatından kədərləndiyimizi bildirir, başsağlığı diləklərimizi çatdırır, mərhumun doğmalarına, əzizlərinə və iş yoldaşlarına səbir diləyirik.

Başsağlığına “Araz” Media Qrupunun kollektivi də qoşulur. Allah rəhmət eləsin, məkanı cənnət olsun, qəbri nurla dolsun!

Rəşad CƏFƏRLİ,

araztv.com xəbər portalının xüsusi müxbiri,

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir