Bakıda DYP avtomobili qaydaları kobud şəkildə pozdu – VİDEO

Bakıda yol polisi əməkdaşı xidməti avtomobili ilə hərəkətdə olan zaman kobud qayda pozuntusuna yol verib.

araztv.com    xəbər verir ki, qayda pozuntusu kənar dairəvi yolda qeydə alınıb.

Digər avtomobillərin təhlükəsizlik kameralarına əks olunan görüntülərdən aydın olur ki, 90-YP-479 dövlət qeydiyyat nömrə nişanlı yol polisi avtomobili dönmə işığından istifadə etməyib və qoşa xətti (1.3 nişanlama xətti) tapdalayıb.

Polis kobud qayda pozuntusuna yol verərək, qadağan olunan hissədən yolun sol tərəfinə keçməklə hərəkətdə olan digər maşınlara təhlükə törədib.

Qeyd edək ki, hadisə ötən gün 18:40 radələrində qeydə alınıb.

Sözügedən qayda pozuntusunun görüntülərini təqdim edirik:

https://bax.tv/avto-moto-xeberler/bakida-dyp-avtomobili-qaydalari-kobud-sekilde-pozdu-178571?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=178571

araztv.com xəbər portalı.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir