Nazir işində fərqlənən polkovniki vəzifəsindən azad etdi – FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

araztv.com  Manset.az-a istinadən bildirir ki,  nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin alay komandiri polkovnik Məmməd Xəlili tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələki təyinat yoxdur.

Qeyd edək ki, polkovnik Məmməd Xəlili Tükiyədəki yanğınların söndürülməsi zamanı xüsusi xidmətləri ilə seçilən FHN əməkdaşlarından olub./Manset.az

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir