“Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir” — ÇAVUŞOĞLU

“CHP lideri Kamal Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir”. araztv.com xəbər portalının əldə etdiyi məlumata görə, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu qatıldığı tədbirlərin birində bildirib.

“Kılıçdaroğlu ortaya çıxardığı xəritələrdə və layihələrdə Azərbaycanı saymayıb. Bununla da, turizmi kölgə altına alan, vətəndaşlarınızı narahat edən açıqlamalar edib”, — deyə, Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, Kılıçdaroğlu “Həyatımın layihəsi” adlandırdığı nəqliyyat layihəsində Azərbaycanı tamamilə xaric edib. Di gəl ki, həmin layihədə Ermənistan ön də olmasa, axırdan əvvəl sıralardadır.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir