“Accessbank”da kütləvi istefalar – İDARƏ HEYƏTİ BANKI TƏRK EDİR?

“Accessbank”ın Marketinq Departamentinin rəhbəri Ceyhun Atayevin istefası barədə məlumat vermişdik. Məlum olub ki, “Accessbank”da departament rəhbərindən başqa istefalar da olub.

araztv.com  xəbər verir ki, bankın idarə heyətində də kütləvi istefaların olduğu haqda məlumatlar var. Bu istefalar arasında “Accessbank”ın İdarə Heyətinin üzvü, baş risk inzibatçısı Orxan İsmayılovun da adı hallanır. Ondan başqa İdarə Heyətində iki nəfər də “Accessbank”ı tərk edib.

Departament və İdarə Heyətinin bankı tərk etməsi “Accessbank”da ciddi problemlərin olması barədə siqnallar verir.

Qeyd: İstefa verən şəxslərin vəzifələri və adları barədə daha geniş məlumat təqdim edəcəyik.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir