Əmək haqqına ən çox və ən az pul xərcləyən banklar – SİYAHI

Azərbaycan banklarının əmək haqqı xərcləri məlum olub. 

araztv.com   xəbər verir ki, 2023-cü ilin 1-ci rübünün nəticələrinə görə, ölkədə əmək haqqına ən çox vəsait ayıran banklar «Kapital Bank» (49 milyon manat), «Azərbaycan Beynəlxalq Bankı» (ABB) (32 milyon manat), «Paşa Bank» (21 milyon nanat), «Unibank» (16 milyom nanat) və «Bank Respublika»dır (12 milyon manat).

Ən aşağı maaş verən yerli bankların siyahısına isə «Bank Avrasiya» (880 min) və «Naxçıvanbank» (1 milyon) başçılıq edir.

«Günay Bank» və «Bank BTB» öz əməkdaşlarına təqribən eyni məbləğdə əmək haqqı ödəyiblər.

Aktivlərin həcminə görə ölkənin iri banklarından sayılan «Premium bank» da əmək haqqı xərclərinə görə, sıralamanın aşağı hissəsində yer alıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir