Putin Priqojinlə Şoyqu arasında seçimini etdi

Rusiya Prezidenti Vladimir Putin Priqojin və Şoyqu arasında münaqişədə Müdafiə Nazirliyinin tərəfini tutub.

araztv.com  xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat verib.

Məlumata görə, “Vaqner” muzdlu hərbi şirkətinin sahibi Yevgeni Priqojin Putindən həbsxanalardan muzdluların toplanmasına davam etməyi (Müdafiə Nazirliyi ona bunu qadağan etdikdən sonra – red.), yeni səfərbər olunanları öyrətməyi və əcnəbi döyüşçülərin, xüsusilə də əfqanların cəlb edilməsinə şərait yaratmağı xahiş edib.

Putin faktiki olaraq generallarının tərəfini tutaraq, bu məsələləri Müdafiə Nazirliyi ilə özünün həll etməli olduğunu bildirib

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir