AŞ PA ukraynalı uşaqların Rusiyaya deportasiyasını soyqırımı kimi tanıdı

Aprelin 27-də Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ukraynalıların Rusiyaya məcburi deportasiyasını pisləyən qətnamə qəbul edib.

araztv.com   bildirir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.

Qətnamədə deyilir ki, məcburi deportasiya beynəlxalq hüquqa görə soyqırım əlamətidir. Ona görə də bütün hallar araşdırılmalı və bu işdə iştirak edənlərin hamısı məsuliyyətə cəlb edilməlidir.

Qeyd edək ki, bu sənəddə ilk dəfə olaraq Rusiyanın müasir Ukraynadakı hərəkətlərinə münasibətdə “soyqırımı” ifadəsi işlədilir. Qətnamədə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putin və Uşaq Hüquqları üzrə Ombudsman Mariya Lvova-Belovanın həbsinə order verilməsi barədə qərarı da alqışlanır.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir