Ordumuz daha iki yüksəkliyi nəzarətə götürdü – FOTO

Azərbaycan Ordusu bu gün iki yüksəkliyi nəzarətə götürüb.

araztv.com    xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev açıqlama yayıb.

O bildirib ki, Ordumuz Laçın şəhəri – Kiçik Qaladərəsi kəndi istiqamətində 1516 metr və 1686 metr yüksəkliklərini nəzarətə götürüb.

Xatırladaq ki, Azərbaycan ordusu bundan öncə də oxşar əməliyyatlar keçirib. Martın 25-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunun üzərində yerləşən 2054 metr yüksəkliyi, martın 30-da isə Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr ordumuz tərəfindən nəzarətə götürülmüşdü. Bu proses Azərbaycan mediasında səssiz müharibə  taktikası kimi təqdim olunmuşdu.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir