Dələduzluq edən Masallı Xəstəxanasının həkiminə hökm oxunub

Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin həkim-uroloqu Vidadi Mirzəyevin vətəndaşdan rüşvət alması ilə bağlı keçirilən məhkəmə sona çatıb.

araztv.com    xəbər verir ki, Vidadi Mirzəyev Masallı rayonu, Yeyənkənd kənd sakini Əliqismət Məcidovun atasına əlillik pensiyası düzəltməsi adı ilə ondan 1500 manat pul aldığına görə barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (Dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Məhkəmənin qərarı ilə Vidadi Məmməd oğlu Mirzəyev təqsirli bilinərək iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 4500 manat miqdarında cərimə cəzasına məhkum edilib

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir