Azərbaycan və Türkiyə birgə PUA istehsal edəcək (Yenilənib)

Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək.

araztv.com   xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovla “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar imzalayıblar.

Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.

***

Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyədə “TEKNOFEST-2023” çərçivəsində keçirilən yüksək texnologiyalar sərgisində iştirak ediblər.

araztv.com  xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Bildirilib ki, onlar sərgidə “Roketsan”, “HAVELSAN”, “BAYKAR”, və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir texnologiya və döyüş texnikası nümunələri ilə tanış olublar. Görüşlər zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Yüksək texnologiyalı məhsulların nümayiş etdirildiyi tədbirdə müdafiə, aerokosmik, dənizçilik və kosmik sənaye sahələrində strateji əhəmiyyətli bir çox məhsullar da təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyədə işgüzar səfərdədir. Onları Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları müşayiət edirlər.

img
araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir