“WhatsApp”ın yeni funksiyası maraqla qarşılandı – Hər kəs özü yarada biləcək

“WhatsApp” növbəti yeniliyi istifadəyə verib.

araztv.com    xəbər verir ki, “WhatsApp” istifadəçiləri mesencerə kanallar əlavə edə biləcək. Hələlik test mərhələsində olan yenilik, maraqla qarşılanıb. Qeyd edək ki, bu funksiya“Telegram”da var. “WhatsApp”dakı yeni funskiya da “Telegram”da olduğu kimi eyni prinsiplə işləyir. Qlobal axtarış var olacaq. Lakin tövsiyə sistemi yoxdur. Bildirilir ki, “WhatsApp”ın kanallarında telefon nömrələri və onlara abunə olan istifadəçilər haqqında məlumatlar gizlədiləcək. Lakin kanallarda mesajlar “başdan sona” (“end-to-end”) şifrələnmə sistemindən istifadə edilməyəcək.

Yeni funksiya “iOS” və “Android” üçün “WhatsApp” proqramının beta versiyalarında mövcuddur.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir