LAÇIN YOLUNDAKI AKSİYANIN 136-cı GÜNÜ: BQXK-ya məxsus daha 12 maşında ermənilər Ermənistana gediblər (Yenilənib)

Bu gün Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyasından 136 gün keçir.

araztv.com   xəbər verir ki, azərbaycanlılar həmişəki kimi, Qarabağ iqtisadi rayonunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji terrorun dayandırılması və ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Laçın yolu humanitar məqsədlər üçün açıqdır.

Bu gün saat 08.30-dək  sülhməramlıların 29 maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

***

Bu gün saat 09.25 radələrində isə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid 12 maşında erməni ailələri Xankəndidən Ermənistana yollanıblar.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir