“NASA həqiqəti gizlədir, Yer düzdür” – Kanadada QALMAQALLI KONFRANS

yerkuresi.jpgBu ilin 9-10 avqustunda, cəmi bir həftə öncə Kanadanın Edmonton şəhərində qəribə bir konfrans keçirilib. Konfransı planetimizin kürə deyil, düz olduğuna inananlar təşkil edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Düz Planet nəzəriyyəçiləri konfransda vurğulayıblar ki, NASA əsl həqiqəti insanlardan gizləyir və planetimizin kürə şəklində olduğunu söyləməklə beyinləri zəhərləyir:

“Üzərində yaşadığımız Yer düz və ağır kütləli dairəvi disk biçimindədir”.

Konfransın təşkilatçılarından olan Mark Sargent adlı yazar və prodüsser isə bəyan edib ki, 1956-cı ildən bəri yerin kürə şəklində olması barədə durmadan yalanlar danışılır.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir