Bərdədə sensasiyalı əməliyyat: 3300 manata qumbaraatan satan şəxs qandallandı

Bərdədə qumbaraatan silahını 3300 manata satmaq istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan araztv.com  bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsinə görə məhkumluq həyatı yaşamış Ramil Vəliyev tutulub.

Onun yaşadığı ünvandan “RPQ” markalı qumbaraatan silahı aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, bir müddət əvvəl həmin silahı tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini deyib. Silahı 3300 manata satmaq məqsədi ilə özündə saxlayaraq təhvil vermədiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir