Aparıcının paylaşdığı karikatura siyasəti çalxaladı – FOTO

Türkiyənin məşhur “Habertürk TV”nin aparıcısı Kübra Parın sosial mediada paylaşımı böyük maraqla qarşılanıb.

araztv.com  xəbər verir ki, o, “İnstagram”dakı hesabında siyasi gündəmi əhatə edən və bir neçə siyasətçi, o cümlədən, “Hizbullahçı” olduğu iddia olunan HÜDA PAR-a “ilişən” karikatura paylaşıb.

Qısa zamanda Türkiyənin siyasi gündəminin trendinə çevrilən karikaturanı minlərlə aktiv siyasətçi səhifələrində paylaşıb, şərhlər yazıblar.

Yataqda uzanan ər-arvadın siyasi söhbətindən bəhs edən karikaturada deyilir:

Kişi qadına “Muharrem İncəmi, İbrahim Kalınmı?” deyir. Qadın da cavab olaraq sadəcə “Uff” çəkir.

Kişi buna qarşılıq olaraq “Yaxşı… o deyil də, mən Kübar Parı HÜDA PAR-ın (Ərdoğana dəstək verən partiyanı nəzərdə tutur-Mia.az) qadın təşkilatı sanmam!”, – cavabı verir.

Qadın isə “Heç siyasəti də bilmirsən, eləmi?” şifrəli replika atır…

Kübra Par daha sonra paylaşımına bu sözləri əlavə edib: “Bu karikaturanın davamında nalayiq bir cümlə var, “qayçıladım”. Kim bu karikaturanın müəllifini bilirsə, yazsın, onu tag edək”.

araztv.com xəbər portalı.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir