Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb – RƏSMİ

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

araztv.com  bildirir ki, bu barədə Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

“Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür”, MN-dən bildirilib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir