Aqil Abbas: “Prezident mənə ən böyük mükafatı Qarabağı, evimizi-eşiyimizi azad etməklə verib”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Məclisin deputatı Aqil Abbası 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

araztv.com bildirir ki, A.Abbas   Prezidentin Sərəncamı ilə bağlı təəssüratlarını bölüşüb.

“Möhtərəm Prezidentə diqqət və qayğısına görə təşəkkür edirəm ki, mənim əməyimi qiymətləndirib. Cənab Prezident mənə ən böyük mükafatı Qarabağı, Ağdamı, evimizi-eşiyimizi, Şuşamızı azad etməklə verib. Ən böyük mükafatım budur. “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyimə də yalnız sevinirəm, mənə surpriz oldu”, – deputat bildirib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir