ABŞ Gürcüstanın Ali Məhkəmə sədrinə və bir neçə hakimə sanksiya tətbiq edib – AÇIQLAMA

ABŞ Dövlət Departamenti Gürcüstanda bir qrup hakimə sanksiya tətbiq edib.

araztv.com    ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, həmin hakimlər korrupsiya və digər qanunsuz fəaliyyətinə görə Birləşmiş Ştatların “qara siyahı”sına düşüb.

DD-nin açıqlamasında deyilir:

Bu gün ABŞ Dövlət Departamenti açıq şəkildə Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengelia və Valerian Tsertsvadzeni əhəmiyyətli korrupsiyada iştirak etdiklərinə görə 7031(c) bəndinə əsasən viza məhdudiyyəti təyin edir.

Bu şəxslər Gürcüstanın məhkəmə sədri və Ali Ədliyyə Şurasının üzvləridir.

Onlar vəzifələrindən sui-istifadə edərək qanunun aliliyini və ictimaiyyətin Gürcüstanın məhkəmə sisteminə inamını sarsıdıblar.

Birləşmiş Ştatlar demokratiya və qanunun aliliyini dəstəkləməkdə bütün gürcülərin yanında olmağa davam edir və ictimai hakimiyyətdən şəxsi maraqları üçün sui-istifadə edənlərin cavabdehliyini təşviq etməyə davam edəcək. Biz qərəzsiz və müstəqil hərəkət etmək üçün dürüstlük və cəsarətə malik olan bütün hakimlərin yanındayıq.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir