Ali Məhkəmə hakimi elə bir vəzifədir ki, mütləq hakimlik təcrübəsi olmalıdır – VƏKİL ELÇİN SADIQOV

Kənd təsərrüfatı naziri İnam Kərimovun gözlənilmədən Ali Məhkəmə sədri təyinatı birmənalı qarşılanmayıb.

Buna səbəb isə qanunvericiliklə onun yuxarı instansiya məhkəməsinə təyinatına olan qadağadır.

araztv.com  qeyd edir ki, bu barədə, tanınmış vəkil Elçin Sadıqov gununsesi.info-ya açıqlama verib. Bildirilib ki, İnam Kərimovun Qərb təhsilli hüquqşünas olması,  hüquq sahəsində müəyyən təcrübəsi olmasına baxmayaraq, onun məhkəmə praktikası  yoxdur: “Ali Məhkəmə hakimi elə bir vəzifədir ki, mütləq hakimlik təcrübəsi olmalıdır. Bununla belə hesab edirəm ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin mövcud reallıqları imkan vermir ki, yeni sədrdən hansısa müsbət gözləntilər olsun”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir