Bakıda Rusiya ordusunda xidmətlə bağlı buklet yayılır? – AÇIQLAMA

Bakıda Rusiya ordusunda xidmətlə bağlı “Babalarımız kimi vətən üçün çiyin çiyinə duraq” başlıqlı bukletlər paylaşıldığına dair iddialar yayılıb.

araztv.com   xəbər verir ki, bukletdə “Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar” vəd edirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, məlumat araşdırılır.

Xatırladaq ki, bukletin üstündə olan nömrələrin Rusiya aid qısa nömrə olması bu bukletlərin Rusiyada yayıldığı ehitmalını da istisna etmir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir