Yeni qərardan sonra avtomobillər nə qədər bahalaşıb? – QİYMƏTLƏR

araztv.com xəbər verir ki, Nazirlər Kabinetinin imzaladığı yeni qərardan sonra yaşı 10-dan yuxarı olan avtomobillər ölkəyə buraxılmayacaq.

Yeni qərardan sonra avtomobil bazarında qiymətlər dəyişməyə başlayıb.

Satıcılar real tv-yə bildirib ki, qiymətlərdə artım var və bu, avtomobil növünə görə 500-1000 manat arasında dəyişir.

Həmçinin deyilib ki, yeni qərardan sonra maşın alveri ilə məşğul olanlar Gürcüstana üz tutub və oradan yaşı 10-dan çox olan avtomobilləri aprelin sonuna kimi Azərbaycana gətirməyə çalışırlar.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir