DİN Fazil Mustafaya sui-qəsdlə bağlı məlumat yaydı – deputat ayaq və çiyin nahiyəsindən güllələnib

araztv.com xəbər verir ki, Millət vəkili Fazil Mustafaya sui-qəsd olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, F. Mustafa evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib.

Hazırda vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib. Hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri başlayıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir