Azərbaycan-Ermənistan sərhədində yeni toqquşma olacaq – Rusiya

Paşinyan sərhəddə qarşıdurma yaratmaqla Rusiyanın qaralanması prosesini davam etdirəcək.

araztv.com Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiyanın hakim dairələrinə yaxınlığı ilə seçilən Teleqram kanalları məlumat yayıb.

Məlumatda Ermənistan rəhbərliyinin bununla süni anti-Rusiya əhvali-ruhiyyəsi yaradacağı və Qərbə Rusiyanın ölkədən, eləcə də Qarabağdan çıxarılması üçün çağırış edəcəyi vurğulanıb:

“Erməni hakimiyyəti bu ssenarinin icrası üçün plasdarm yaradır. Bir müddət əvvəl rusiyayönlü kimi tanınan Ermənistan-Rusiya birləşmiş hərbi qoşununun komandanı Tiqran Pərvanyan azad edilib”.

Paşinyanın niyyətinin anqlo-sakson planı olduğunu bildirən kanallar yaradılacaq gərginliyin Gürcüstandakı son hadisələrlə birgə Rusiyaya qarşı ikinci cəbhənin formalaşdırılmasına gətirib çıxaracağını bildiriblər.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir