Dosent: “Şirin sudan texniki məqsədlər üçün istifadə dayandırılmalıdır” (VİDEO)

“Şirin sudan texniki məqsədlər üçün istifadə dayandırılmalıdır. İstər əkin sahələrinin, istərsə də yaşıllıqların suvarılmasında yağış sularından istifadə olunmalıdır”.

araztv.com Xezerxeber.az-a istinadən xəbər verir ki, bu fikirləri Memarlıq və İnşaat Universitetinin dosenti, Su təchizatı, işlənmiş suyun kənarlaşdırılması ixtisası üzrə müəllim Aqşin Kərimov deyib

O bildirib ki, yalnız bu yolla içməli su ehtiyatını qoruya bilərik. Amma texniki sulardan istifadə edə bilmək üçün yağış sularının toplandığı bəndlər tikilməlidir.

Onun sözlərinə görə, xüsusilə iri şəhərlərdə yeni binalar tikilərkən texniki suyun toplanması imkanları da nəzərə alınmalıdır:
“Digər çıxış yolu isə çirkli suların təmizlənməsi və yenidən istifadə olunmasıdır. Həmçinin Xəzərin duzlu suyu da təmizlənərək əkin sahələrinin suvarılmasında istifadə oluna bilər”.
Daha ətraflı süjetdə:

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir