QƏRBİ AZƏRBAYCANIN RAYON İCMALARI QAYIDIŞ KONSEPSİYASINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏRİN HƏLLİNƏ BAŞLAYIB

Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycanın Vedi rayon icması ilə görüş keçirilib.
araztv.com xəbər verir ki, bu barədə İcmanın sədri, millət vəkili Əziz Ələkbərli məlumat verib.
Görüşdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının şöbə müdiri Miraslan Bəkirli, Vedi rayonunun ağsaqqalları, tanınmış ziyalıları, alimləri iştirak ediblər.
Görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin həyata keçirilməsində Qərbi Azərbaycanın rayonları üzrə icmaların rolu ətrafında geniş müzakirə aparılıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir