Paşinyan-Arutyunyan danışığının sirləri açıldı – Şok iddialar

Nikol Paşinyan qondarma rejimin lideri Araik Arutyunyanla son görüşü zamanı ona Ermənistanın Qarabağı Azərbaycanın tərkibində gördüyünü deyib.

araztv.com Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistanın “7or.am” saytı öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Paşinyan guya Arutyunyana Qərbin Qarabağ ermənilərinə Azərbaycanın tərkibində müəyyən status əldə edəcəyini vədi verdiyini bildirib. O, həmçinin Ermənistanın Qarabağdakı separatçı rejimə pul verdiyini və bundan başqa heç nə gözləməmələri gərəkdiyini deyib.

Sayt erməni baş nazirin Arutyunyandan Azərbaycanla dil tapıb bölgənin Bakıya inteqrasiyasını aparmasını tələb etdiyini yazıb.

Bununla belə, Arutyunyanla Paşinyan arasında danışığın yüksək tonda keçdiyi və separatçı liderin onun tələbinə etiraz etdiyi vurğulanıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir