AMİP-in fəxri lideri Etibar Məmmədov Hacı Şahinin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycanın görkəmli İslam xadimlərindən olan, QMİ-nin Qazilər şurasının üzvü Hacı Şahin Həsənlinin qəfil vəfatı xəbəri hər birimizi dərindən kədərləndirdi. Azərbaycanda dini – mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayan, həyatı boyunca İslam dəyərləri ilə bağlı çoxlu araşdırmalar apararaq cəmiyyətin maariflənməsinə, birlik və həmrəyliyinə dəyərli töhfələr verən biri olaraq onun xatirəsi daim ürəklərdə yaşayacaqdır.
Dərin hüzn və kədərlə doğmalarına və bütün inanclı insanlarımıza başsağlığı verirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Etibar MƏMMƏDOV.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir