Fazil Mustafadan Bəxtiyar Hacıyevlə bağlı olaylara REAKSİYA – “Daha bir bütünüz sındı. Bəxtiyar olun!”

“İlkin Rüstəmzadənin açıqlamasını izlədikdən sonra bu cümləni yazmaq zərurəti duydum: Avropaçılığı, Ateistliyi, Müsəlmançılığı, Amerikaçılığı, Cəbhəçiliyi, Yapçılığı, Müsavatçılığı, Regionçuluğu, Bütöv və Yarımçıq Azərbaycançılığı əksər hallarda Bütpərəst formasında yaşayan xalqımızın zavallı insanları. Daha bir bütünüz sındı. Bəxtiyar olun!”

araztv.com dia.az-a istinadən xəbər verir ki, bunu son günlər barəsində müxətlif informasiyalar yayılan və hazırda həsbdə tutulan ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı gərginliyə münasibətdə millət vəkili Fazil Mustafa bildirib.

“Gənclərimiz, orta nəslin insanları, sizlərə deyirəm, siyasi, ictimai, dini və başqa dələduzların dalınca çox da sürətlə getməyin, kimsəni bütə çevirməyin, hər sözü, hər fikri zamana və məkana görə təftiş edin, Vətən sevgisini saxta pafoslu vətənpərvərlikdən ayırın” deyə öyüd də verməyindən qalmaayan deputat fikirlərinə belə yekun vurub:

“Kimlərinsə bundan bəxtiyar görünməsinə aldanmayın, qalıcı olan hansı platformada olursa-olsun bu millətin, bu dövlətin faydası üçün səmimi çalışmaqdır”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir