Macarıstanın Baş naziri yenə ABŞ-sız “Avropa NATOsu” yaratmağı təklif edir

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ olmadan öz müdafiə ittifaqlarını yaratmalıdırlar.

araztv.com  xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Die Weltwoche” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Avropa NATOsu” qitənin təhlükəsizliyini gücləndirəcək və ölkələrə ABŞ-ın köməyinə arxalanmadan özlərini müdafiə etməyə imkan verəcək. Orban bunu hələ 2012-ci ildə təklif etdiyini xatırladıb.

Baş nazirin sözlərinə görə, Qərb ölkələrinin Ukrayna münaqişəsinə yanaşmasını Vaşinqton müəyyən edir və Avropa da bu şəraitdə öz simasını itirir.

“Bu gün Qərbdə ən azı iradə çatışmazlığı var. Qərb dünyanı bir məqsəd naminə birləşdirmək imkanını itirib”, – deyə o bəyan edib.

Orban vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin problemi ABŞ silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsidir. O əlavə edib ki, Rusiya liderinin motivlərini anlayır, lakin onun hərəkətlərini dəstəkləmir.

araztv.com xəbər portalı. 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir