Fədayə Laçının Hacı Şahinlə bağlı vəsiyyəti: “Demişdim ki…”

araztv.com xəbər verir ki, müğənni Fədayə Laçının doğmalarına açıqladığı vəsiyyəti gerçəkləşməyəcək.

Buna səbəb isə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin bu gün vəfat etməsidir. Sənətçi bu barədə sosial şəbəkədə yazıb: “Çox acı xəbər oldu. Allah rəhmət eləsin. Yaxınlarıma demişdim ki, mən öləndə Hacı Şahin gəlsin, o gözəl sözləriylə, şeirlə, qəzəllə məni dəfn edin. Bu arzum da gözümdə qaldı”.

Qeyd edək ki, ilahiyyatçı bu gün səhər saatlarında ürəktutmasından vəfat edib. /pravda.az/

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir