“Tv Musavat” hakerlərin əlinə keçdi – Bütün videolar SİLİNDİ

“Tv Musavat” yutub kanalı hakerlərin hücumuna məruz qalıb.

araztv.com Musavat.com-a istinadən  xəbər verir ki, xəbər verir ki, bu barədə “Tv Musavat”-ın efir rejisoru və təhlükəsizlik üzrə məsul şəxsi Məhəmməd Türkmən məlumat verib.

O, bildirib ki, saat 23 radələrində kanal qəflətən haker hücumuna məruz qalıb. Əvvəlcə kanalın bağlı olduğu email ünvanı ələ keçirilib. Kanal ələ keçirildikdən sonra hesabdakı videolar silinməyə başlanılıb.

Yeni Müsavat Media qrupunun rəhbəri Rauf Arifoğlu sözügedən hadisənin sui-qəsd olduğunu və bunun kanalın çökdürülməsinə hesablandığını qeyd edib. O, bildirib ki, məslə ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə və Prezident Administrasiyasına məlumat verilib. Məsələ ilə bağlı kömək istənilib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir