“Mən bir daha rus xalqına müraciət edirəm…” – Bayden

Qərb dövlətləri Rusiyaya hücum etməyi planlaşdırmır, onun üzərində nəzarəti bərqərar etməyə və ya məhv etməyə çalışmırlar.
araztv.com
xəbər verir ki, bunu çərşənbə axşamı Varşavada çıxış edən ABŞ prezidenti Co Bayden deyib.
“Mən bir daha rus xalqına müraciət edirəm. ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarəti bərqərar etməyə və ya onu məhv etməyə çalışmırlar. Qərb Rusiyaya hücum etməyi planlaşdırmır. Qonşuları ilə sülh şəraitində yaşamaq istəyən milyonlarla Rusiya vətəndaşı bizim düşmənimiz deyil”, – deyə ABŞ lideri qeyd edib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir