Aydın Xan Əbilovun anası: “Övladlarım zəng edir ki, bu nə sözdür anama deyirlər?”

Xəbər verdiyimiz kimi, tanınmış kultroloq Aydın Xan Əbilov “Space TV”də yayımlanan “Gəl, danış Amil Xəlil ilə” verilişində “anamın 76 yaşı var, istəyərdim ki, ailə qursun” sözləri geniş müzakirəyə səbəb olub.

araztv.com Pravda.az-a istinadən  xəbər verir ki, aparıcı Amil Xəlil kulturoloqun bu açıqlamasından sonra onun anası ilə görüşmək üçün Lənkərana gedib.

Aydın Xan Əbilovun anası oğlunun açıqlamasını ciddi qəbul edib: “Səkkiz övladım var. Uşaqlarım, nəvələrim hamısı zəng edir ki, bu nə sözdür anama deyirlər? Heç bilmirəm ki, Aydın Xan nəslimizdə kimə oxşadı. Allah hamınızı xəta-bəladan uzaq etsin. Mənim həyatım mənim övladlarımdır. Onları oxutmuşam, həyat yoldaşım müəllim idi. Müəllimlər əvvəllər çox maaş almırdılar. Özümü oda-suya vurmuşam, həyətimin meyvələrini satmışam, uşaqlarımı oxutmuşam. Beş qız köçürmüşəm, üç nəvəmi də evimdən köçürmüşəm…”

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir