Paşinyan Xəzər TV-nin mikrofonunu görüb diskindi – VİDEO

araztv.com pravda.az-a istinadən  xəbər verir ki, fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

Bu görüşdən sonra “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas olub.

“Xəzər Xəbər”in şef-redaktoru Nəcəf Həsənov Paşinyana plenar iclasa gələrkən sual ünvanlayıb, üçtərəfli görüşün nəticəsini necə dəyərləndirdiyini soruşub. Sualı dinləyən Paşinyan isə Xəzər TV-nin mikrafonunu görüb diskinib, suala cavab verməkdən imtina edərək plenar iclasın keçiriləcəyi zala tərəf hərəkət edib.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir