Gəncədə evdə müğənni və rəqqasənin meyitləri aşkarlandı

Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.

araztv.com apa.az-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlu və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının evdə meyitləri aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Ölümün baş vermə səbəbləri araşdırılır.

Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva rəqqasə olub.

araztv.com xəbər portalı. 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir