“Bu silah küçələrdəki elektrik ötürücülərinin dirəklərinə bənzəyir, hündürlüyü 8-10 metrdir…”
“Bu silah peyklərə yerləşdirilir və Yerə buraxılır, düşən kimi Yerin 5 km-dək dərinliyinə nüfuz edir və 7-8 bal gücündə zəlzələ törədir…”
Türkiyə Kosmik Agentliyinin rəhbəri zəlzələni törətmək imkanı barədə danışıb.
araztv.com Moderator.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə Türkiyənin “Sözçü” nəşri yazıb.
Türkiyə Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım maraqlı bəyanatla çıxış edib.
O, kosmosdan buraxılan silahdan danışıb. Bu silah 7-8 maqnitudalı güclü zəlzələlər törədə bilər. Bu hücumu heç kim nə qeydə ala, nə də onu əks etdirə bilər.
Bu silah tətbiq edilərsə, heç kim heç nə edə bilməz. Xüsusilə Türkiyə kimi ölkə. Heç nə! İcazə verin misal göstərim.
Mən bunu ona görə deyirəm ki, bu silah sisteminin necə işlənib hazırlanmasını görmüşəm. Bu, çox sadədir.
Siz yəqin ki, küçələrdə elektrik ötürücülərinin dirəklərini görmüsünüz. Bu silah zahirən bu dirəklərə bənzəyir, hündürlüyü təxminən 8-10 metrdir. Metal millərdir.
Milin içərisində heç nə yoxdur, nə partlayıcı maddə, heç nə, amma iş bu mildə olan titan ərintidədir.
Onlar müəyyən miqdarda peykə yerləşdirilir. Sonra isə Yerə hədəflənib buraxırlar. Bu, iti ucu olan paya kimidir. Allah eləməsin ki, harayasa düşsün.
Biz indi belə fəlakətin ssenarisinə baxmayacağıq, lakin belə paya Yerə düşən kimi onun 5 km-dək dərinliyinə nüfuz edir. Bu, çox tez baş verir və maqnitudası 7-8 bal olan zəlzələ törədir.
Nəticədə düşmə zonasında olan nə varsa, məhv ediləcək.
Baxın, burada heç bir silah, partlayıcı maddə, bomba, buna bənzər heç nə yoxdur. Adicə payadır. Lakin heç kim bu zərbəni nə görə bilir, nə əks etdirə bilir, nə də ondan qoruna bilir.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.