Arda Turan milli komandasının baş məşqçisi təyin olunur

Türkiyənin məşhur futbolçusu, karyerasına ötən il son verən Arda Turan məşqçiliyə başlayır.

araztv.com xəbər verir ki, bu barədə “TRT Spor”un müxbiri Barış Yurduseven sosial media hesabından məlumat yayıb.

O bildirib ki, Arda Turan Türkiyənin gənclərdən ibarət milli komandasının baş məşqçisi təyin olunmaq üzrədir.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası millli komandanın baş məşqçisi Tolunay Kafkasla yollarını ayırıb.

img
araztv.com xəbər portalı. 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir