Elmar Vəliyevi xilas edən türk həkim: onu kim gətizdirdi?

1530792737_kilic-elmar.jpg

Gəncə şəhərinin güllələnmiş icra başçısı Elmar Vəliyevin əməliyyatı üçün Türkiyədən məşhur həkim dəvət olunub.

Modern.az-ın məlumatına görə, dünən Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Gəncəyə dəvət edilib.

Türkiyəli cərrah Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənov tərəfindən dəvət edilib və xüsusi təyyarə ilə Gəncəyə gətirilib.

Professor Türker Kılıç dünən Elmar Vəliyevi əməliyyat edib.

Hazırda icra başçısının səhhətinin normal olduğu bildirilir.

Professor Türker Kılıçın Gəncəyə dəvət edildiyini onun çalışdığı Bahçeşehir Universitetindən də təsdiqləyiblər. Hətta bunun sübutu kimi Türker Kılıçın Kərəm Həsənov, Elmar Vəliyevin qardaşı – Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevlə dünən çəkdirdiyi şəkli də təqdim edilib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir