TRT-nin canlı yayımında vətəndaşın bu sualına görə efiri kəsdilər – VİDEO

Türkiyənin dövlət televiziyası TRT-nin canlı yayım zamanı vətəndaşın zəlzələ barədə verdiyi sual müzakirələrə səbəb olub.

araztv.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Belə ki, TRT canlı yayımda ikən müxbir zəlzələ bölgəsində baş verənləri danışmağa başlayıb. Bu vaxt zəlzələdən əziyyət çəkən şəxslərdən biri kamera qarşısına daxil olaraq “Soruşun görək, 50 saatdır bizi burada yalnız buraxdıqları üçün məmnundurlarmı?”, deyə TRT əməkdaşına sual verib. Kanal təcili efiri dayandıraraq başqa kadrlara keçib.

Həmin görüntüləri təqdim edirik:

/yeniavaz.com/

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir