araztv.com Qaynarinfo-ya istinadən xəbər verir ki,satınalma müsabiqəsinin qalibi “Cardinalia Septem Group” MMC olub. BNA ilə şirkətin arasında bağlanan müqavilənin maliyyə dəyəri 23.600 manat təşkil edir.
Şirkətin nizamnamə kapitalının 5 AZN təşkil etməsi onun tender əməliyyatlarında iştirak üçün yaradıldığına şübhələri artırır.
Satınalma müsabiqənin şərtlərindən məlum olur ki, BNA 200.000 bilet alacaq. Nəzərə alsaq ki, bu sayda biletə görə 23.600 manat ödənilir, o zaman qurumun bir bileti 11 qəpiyə alması məlum olur. Amma yeraltı dayanacaqlarda 1 saat üçün biletin qiyməti ən azı 1 manatdır. Bu isə BNA-nın parking xidmətindən milyonlarla manat gəlir əldə etməsi deməkdir.
BNA 2015-ci ildə yaradılıb. 2016-cı ildən quruma Vüsal Kərimli rəhbərlik edir. Bir müddət əvvəl məlum olmuşdu ki, ölkədə icitmai nəqliyyata bilet satışı üzrə inhisarçı operator olan “K Group” MMC Vüsal Kərimlinin nəzarətindədir. Şirkətin hüquqi ünvanı BNA rəhbərinin qeydiyyatda olduğu evdə yerləşir.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.