Pensiyalarda artım: fevralda 409 manat, martda isə…

“Yardımların pensiya məbləğinə əlavə olunmasından sonra indeksasiyanın aparılması artıq reallaşmaqdadır. Dövlət Statistika Komitəsi bu gün 2022-ci ildə orta aylıq əməkhaqqında artım faizini elan edib. Bütün növ əmək pensiyalarında 14.7 % artım olacaq. Ölkə Prezidenti tərəfindən sərəncam imzalandıqdan sonra pensiyalardakı artım reallaşacaq”.

araztv.com Globalinfo.az-a istinadən  xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur:

“Ötən il pensiyası 300 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq: 316.7 manat X indeksasiya faizi = yeni pensiya məbləği. Yəni 316.7 manat x 14.7 faiz = 46.55 manat. Bizim nümunədə 300 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat= 363.25 manat. Bu artım hər ay ödəniləcək.

Əvvəllər də qeyd etdiyimiz kimi, 2022-ci ildə orta aylıq əməkhaqqıda artımla bağlı rəsmi statistika fevralda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılır. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Bu o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat (yanvar üzrə indeksasiya artımı) + 46.55 manat (fevral üzrə indeksasiya artımı) = 409.8 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımız fevral ayında 409.8 manat, mart ayından etibarən isə 363.25 manat pensiya alacaq.

Qanunvericiliyə edilən dəyişikliklərdən sonra bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiyalarında artım hesablanacaq”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir