Ermənistan dövlət deyil, vassaldır – Xaçikyan

Üçüncü Dünya müharibəsinin astanasındayıq və belə bir şəraitdə Ermənistan özünü çox çətin vəziyyətə qoyub.

araztv.com Axar.az-a istinadən  xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

“Bu müharibədə biz ən pis vəziyyətdəyik, nə daxili qüvvəmiz, nə real müttəfiqimiz, nə səriştəli rəhbərliyimiz var. Həm də absurd xarici siyasət yeridirik. İndiki vəziyyətdən daha pisini təsəvvür etmək çətindir. Vəziyyət o həddə çatdırılıb ki, Ermənistan faktiki olaraq dövlət olmaqdan çıxıb, protektorata çevrilib, gözləyir ki, ona kimsə yardım edəcək – ya Rusiya, ya da Qərb”, – o bildirib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir