Zəlzələdən əvvəl səmada görünən mavi işığın SİRRİ – FOTO

zelzele0001.jpg

Episentri Kahramanmaraşın Pazarcık rayonu olan zəlzələdən əvvəl ilginç hadisə baş verib.

araztv.com Cebhe.info-ya istinadən  xəbər verir ki, zəlzələdən əvvəl səmada mavi işığın ortaya çıxdığı bildiirilir. Bu görüntü mobil telefonla görüntülənib. 

Zəlzələdən əvvəl səmada görünən bu mavi işıq narahatlığa səbəb olub. Əvvəlcə xışıltı səsi eşidilib və bunun ardınca səmada mavi işıq peyda olub.

Sözügedən mavi işıq zəlzələlərin baş verdiyi digər ölkələrdə də görüntülənib. 2021-ci ilin sentyabrında Meksikada 7,1 bal gücündə zəlzələdə də səmada mavi işıq görüntülənmişdi.  Bundan əvvəl, yəni  2017-ci ildə Meksikada 8,1 bal gücündə olan zəlzələdə də mavi işıq görünüb. 

NASA təmsilçisi, San Jose Əyalət Universitetinde fizika üzrə professor olan Friedemann Freund bu işığı “zəlzələ işığı” adlandırıb. Onun sözlərinə görə, “zəlzələ işığı” ancaq mavi rəngdə olmur, o, müxtəlif rənglərdə görünə bilər. Zəlzələdən əvvə bir neçə saniyə səmada görünən mavi işıq yanır, sönür. Ancaq bəzi sosial şəbəkə istifadəçiləri mavi işığın 10 dəqiqəyə yaxın yanıb-söndüyünü iddia edirlər. 

“Zəlzələ işığı” necə yaranır?

NASA nümayəndəsi bununla bağlı araşdırma aparıldığını, ancaq heç bir nəticə əldə edilmədiyini bildirib. Onun sözlərinə görə, bəzi alimlərin zəlzələdən əvvəl görünən mavi işıqla bağlı öz təxminləri var. Bu təminlərdn birinə görə, tektonik gərginlik ərazisindəki ionosferin yox edilməsi parıltı effektinə səbəb olur.

Bu  gərginlik piezoelektrik təsir yaradır, tərkibində kvars olan qaya sıxışdırıldığına görə güclü cərəyan ortaya çıxır. Bu cərəyan havaya yayılır, havayla ionlaşır və ətrafa parlaq elektrik işığı yayır. 

Maqmatik qaya kristallarından kiçik qüsurlar var. Seysmik aktivlik sırasında qüvvətli gərginlik nəticəsində onlar əzilir, zədələnir və  peroksijen bağları qırılır.

Bu zaman yaranan ionlar qayalardakı çatlardan yuxarı doğru hərəkət edir, daha sonra atmosferə yayılır, havanı ionlaşdıraraq parlaq plazma yaradır. 

Zəlzələdən əvvəl səmada görünən mavi işığın SİRRİ - FOTOLAR

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir