“Mən prezident seçilməsəm, istəyirəm o seçilsin” – Muharrem İnce

Türkiyədə prezidentliyə keçmiş namizəd, Məmləkət Partiyasının başqanı Muharrem İnce 14 meya gözlənilən prezident seçkisində iştirakı ilə bağlı suallara aydınlıq gətirib.

araztv.com Turkustan.az-a istinadən  xəbər verir ki, M.İnce ağır şərtlər altında olsa da, namizəd kimi seçkiyə qatılmaqda qərarlı olduğunu söyləyib: “Mənim xəzinə yardımım yoxdur. Mənim bələdiyyələrim yoxdur. Mənim arxamda heç bir holdinq yoxdur. 100 min vətəndaşımız mənə imza atsa, namizəd olacağıq. Bizim işimiz çətindir, amma qeyri-mümkün deyil”.

CHP lideri Kemal Kılıçdaroğlunun mümkün namizədliyi ilə bağlı danışan İnce, ‘Əgər mən seçkini qazanmasam, onun qazanmasını istəyirəm’ deyib.
M.İnce “Bir siyasi partiyanın lideri prezidentliyə namizəd deyilsə, o kreslodan istefa verməlidir. Hazırda hörmətli Kılıçdaroğlu namizəd olmalıdır, olmursa, yerini namizdə ola biləcək şəxsə verməlidir” sözlərini əlavə edib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir