YAP Nəsimi Rayon Təşkilatı 2 Fevral — Gənclər Gününə həsr edilmiş növbəti tədbirini keçirib — FOTOLAR

Paytaxtın Nəsimi rayonunda, YAP Rayon Təşkilatı 2 Fevral — Gənclər Gününə həsr edilmiş növbəti tədbir təşkil edib. Bu barədə, təşkilatdan araztv.com-a daxil olan məlumata görə, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov deyib ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.

WhatsApp Image 2023-02-02 at 18.48.16.jpg

Azər Süleymanov deyib ki, 15 iyun 1992-ci ildə, Azərbaycanda ikinci dəfə hakmiyyətə gəldikdən sonra, dərhal, gənclərlə işə başlayan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu: “Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər tədrici olaraq, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyə başladılar. Ulu öndər Heydər Əliyev gənclərin sosimun inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional reformalara da start verdi”.

WhatsApp Image 2023-02-02 at 18.48.19.jpg

Məlumatda bildirilir ki, tədbirin sonunda partiya sıralarına daxil olan bir qrup fəal gəncə partiya vəsiqələri də təqdim edilib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir