Kamran Əliyev generalı işdən çıxardı

Sumqayıt şəhərinin prokuroru işdən çıxarılıb.

araztv.com xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt şəhər prokuroru üçüncü dərəcəli ədliyyə müşaviri (general-mayor) Müqəddəs Sultanov tutduğu vəzifədən azad edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən ölkə mətbuatına faktı təsdiqləyiblər.

Bildirilib ki, Sumqayıt şəhər prokuroru vəzifəsinin icrası müavin İsmayıl Abiyevə həvalə olunub.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir