Qərbi Azərbaycan İcmasında Qafan icmasının nümayəndələri ilə görüş keçirilib

433714de-b399-4308-a310-82dcda6e99f3.jpg
Qərbi Azərbaycan İcmasında Qərbi Zəngəzurun Qafan şəhər icmasının nümayəndələri ilə görüş keçirilib.

araztv.com-a daxil olan məlumata görə, tədbirdə Qafan rayonunun müxtəlif kəndlərindən olan nümayəndələr də iştirak ediblər. Görüş Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin rəhbərliyi ilə keçirilib. 
 
Tədbirdə Qafan rayonu üzrə kənd, şəhər və rayon icmalarının formalaşması, 1988-1991-ci illərdə Qafan rayonundan qovulmuş qaçqınların kəndlər üzrə adlı siyahısının tərtibi ilə bağlı məsələlər müzakirə olunub. 
 
Qafan-Pirimli İcmasının sədri Oqtay Camalov Qafan şəhəri üzrə İcma sədri seçilib.
icma2(1).jpg
 
icma3.jpg
 araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir