Ermənistandakı Azərbaycan toponimlərinin əvvəlki adlarına qaytarılması istiqamətində işlər aparılır

16747371195711941123_1200x630.jpg

Ermənistanda Azərbaycan toponimləri kütləvi surətdə dəyişdirilib. Adların dəyişdirilməsi prosesi bu gün də davam etdirilir və elə olur ki, bir adı bir neçə dəfə dəyişdirirlər.

araztv.com   xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli dünən keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, toponimlərin əvvəlki adlarına qayıtması istiqamətində işlər aparılır. Abidələr, hidronimlər və digər dəyişikliyə məruz qalmış adlar yenidən öz adına bərpa olunub beynəlxalq ictimaiyyətə çatdırılacaq.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir